Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:30

-
79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd İltizam Əkbərli seçkilərdə axıra kimi iştirak etmək niyyətindədir. Baxmayaraq ki, o, namizədliyini Müsavat Partiyasından verib və bu partiya artıq seçkilərə qatılmamaq haqqında qərar qəbul edib.

Bu barədə AzadlıqRadiosuna müsavatçı namizəd özü məlumat verib. O, partiyanın qərarına münasibət bildirməkdən imtina edib:

«Mən bu qərarı şərh etmək istəmirəm, sonadək davam edəcəyəm. Rəqiblərim bu qərardan sevincək olaraq, əhali arasında namizədliyimi geri götürməyimlə bağlı yalan məlumat yayıb. Mənə bu xəbər dünən seçicilərlə görüş keçirdiyim vaxtda çatıb. Amma gördüyünüz kimi, seçki komandamız tam tərkibdə öz işini davam etdirir».

2005-ci ildə də İltizam Əkbərlinin namizədliyi AXCP, Müsavat və ADP-nin birgə formalaşdırdığı «Azadlıq» seçki bloku tərəfindən irəli sürülməmişdi. O, seçkiyə fərdi şəkildə qatılmış və qalib gəlmişdi. Halbuki, onda da bir sıra müxalifət qüvvələri parlamentə getməmək haqda qərar vermişdilər. 2010-cu ilin parlament seçkilərində isə İltizam Ələkbərlinin namizədliyi qeydə alınmamışdı.

İltizam Əkbərli tərəfdarları ilə.

İltizam Əkbərli tərəfdarları ilə.

NAMİZƏDLİYİNİ GERI GÖTÜRMƏYƏCƏKSƏ...

Qeyd edək ki, bu seçkilərdə Müsavat Partiyasının İltizam Əkbərli də daxil olmaqla 25 namizədi qeydə alınmamışdı.

Müsavat Partiyasının Mərkəzi İcra aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, əgər partiyadan kimsə namizədliyini geri götürməyəcəksə, bu məsələ müzakirəyə çıxarılıb uyğun qərar veriləcək. Gülağa Aslanlı deyib ki, onlar Müsavat siyahısından qeydiyyata alınan bütün namizədləri geri çağırıblar.

Seçki Məcəlləsinə görə, siyasi partiyalar namizədlərini səsvermə gününə 5 gün qalanadək geri çəkə bilər. Müsavat Partiyası bu qərarı oktyabrın 28-də, səsvermə gününə 3 gün qalmış verdiyindən onun namizədləri seçkilərə qatılmaqdan öz ərizələri ilə imtina edə bilər. Arif Hacılı, İsa Qəmbər və digər partiya funksionerləri seçkidə iştirakdan imtina ilə bağlı müvafiq DSK-lara ünvanladıqları ərizələrin surətini öz «Facebook» hesablarında paylaşıblar.

XS
SM
MD
LG