Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:55

-

Xaricdə işləməyə 50 mindən çox şimali koreyalı göndərilib. Onlar əsasən Rusiya və Çinə gedib. BMT eksperti bunun məcburi əməyə bərabər olduğunu deyir.

BMT-nin xüsusi məruzəçisi Marzuki Darusman oktyabrın 28-də deyib ki, Pxenyan daha çox fəhlə ixrac edir və bununla sanksiyalardan yayınaraq sərbəst dəyişdirilən valyuta qazanmağa çalışır.

Ekspertin hesablamalarına görə, Şimali Koreya bu fəhlələrin qazandıqlarından ildə 1.2-2.3 milyard dollar əldə edir.

Fəhlələrin çoxu Rusiya, Çin, eləcə də Əlcəzair, Anqola, Küveyt və Polşaya gedir.

Darusman-ın hesabatı bu həftə BMT Baş Assambleyasında müzakirəyə çıxarılacaq. Assambleyanın Pxenyanın insan haqları pozuntularını pisləyən qətnamə qəbul edəcəyi gözlənir.

BMT-nin Şimali Koreyada insan haqları üzrə eksperti Darusman xəbərdarlıq edir ki, bu fəhlələri işə götürən ölkələr “qəbuledilməz məcburi əmək sistemi”ndə əlbir olurlar.

Həmin fəhlələr tikintiyə, mədən, tekstil sənayelərinə cəlb olunur, iş müqaviləsi məsələsi açıb-ağardılmır. Bu məsələ Pxenyanla razılaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG