Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:10

-

Almaniya alimləri azərbaycanlı həmkarları ilə birlikdə Bakının Ələt qəsəbəsində palçıq vulkanlarını tədqiq edir. Xəbəri Milli Elmlər Akademiyası yayıb.

Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Bakıya gəlib. Qurumun Dəniz geotektonikası departamentinin elmi assistenti Qoveyn Vimer və texniki mühəndisi Timo Flaşman Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyevlə birgə Ələtdə Daşğil palçıq vulkanında çöl işləri aparırlar. Mütəxəssislər MARUM-da hazırlanmış müasir elektron elmi-tədqiqat avadanlığını vulkanın ərazisində yerləşdirərək hərarət və məsaməlilik təzyiqini ölçürlər.

Çingiz Əliyev deyib ki, bu tip texnologiya ilə tədqiqatlar 2004-cü ildən başlayıb. Hazırda daha geniş imkanlara malik olan bu avadanlıq hər gün 24 saat ərzində monitorinq aparacaq. O, Yer qabığında geodinamik proseslərin nəticəsində baş verən hərarət və təzyiqlərdəki dəyişiklikləri qeydə alacaq. Sonra alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaqlar.

Çöl tədqiqatları oktyabrın 31-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG