Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20

Rusiyanın federasiya Şurasında xaricdən hazır ət məhsulları gətirilməsinin qadağan edilməsi təklif olunub.

Aqrar-təsərrüfat siyasəti üzrə komitə sədrinin müavini Sergei Lisovski hesab edir ki, ölkəyə çiy ət gətirilməsinin qadağan edildiyi bir halda hazır ət məhsullarına qadağa qoyulmaması qəribə görünür.

Onun sözlərinə görə texniki səhv üzündənkonservləşdirilmiş ət məhsulları da daxil olmaqla bu cür hazır ərzaq məhsullarına embarqo tətbiq edilməyib.

O hazırda mümkün məhdudiyyətlər üzərində iş aparıldığını qeyd edib.

Qeyd edək ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq ötən ilin avqustunda ABŞ, Kanada, Avropa Birliyi, Avstraliya və Norvegiyadan ərzaq gətirilməsinə embarqo qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG