Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri və ATƏT sədrinin fәaliyyәtdә olan şəxsi nümayəndəsi Anjey Kaspzik oktyabrın 28-də "Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyindә” görüş keçiriblər.

APA-nın məlumatına görə, icmanın sәdri Bayram Sәfәrov görüşdә Minsk qrupunun fəaliyyətinin nәticә verməməsindən gileylənib.

O qeyd edib ki, Azәrbaycan münaqişәnin sülh yolu ilә hәllini istәyir və ümid edirik ki, Minsk qrupu sәylәrini artıracaq, nәhayәt әdalәt bәrpa olunacaq və azәrbaycanlılar öz torpaqlarına qayıdacaq.

Rusiyalı hәmsәdr İgpr Popov bildirib ki, regiona səfər çərçivəsində Ermәnistandakı siyasi proseslәlәr, tәmas xәttindә gәrginliyin artması və humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә ediblər və ümid edirik ki, tezliklə prezidentlәrin görüşü keçiriləcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa sədrlik edir.

Həmsədrlər Bakıdan əvvəl Yerevan və Xankəndidə olublar.

İlin sonunadək prezidentlərin görüşü gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG