Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

Çexiyanın əfsanəvi müğənnisi sayılan Karel Gott ürək aritmiyası diaqnozu ilə hospitala götürülüb.

76 yaşlı müğənni özünün Facebook səhifəsində bütün ictimai çıxış və görüşləri təxirə saldığını yazıb və onun şəxsi həyatına hörmət etməyə çağırıb.

Prima televiziyasının məlumatına görə Karel Gott ötən gücə ürəyindən əməliyyat olunub.

İlk mahnısını 1962-ci ildə yazan Karel Gott Mərkəzi Avropada ən məşhur müğənnilərdən biridir.

O 39 dəfə keşmiş Çexoslovakiya və indiki Çexiya respublikasının “Sevimli müğənni”si adını alıb.

Onun 1977-ci ildə Sovet İttifaqında buraxılan lk albomunun 4 milyon yarım nüsxəsi satılıb.

Karyerası dövründə isə təsxminən 100 milyona yaxın albom satıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG