Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:25

İran bu həftədə Suriya münaqişəsi ilə bağlı Vyanada keçiriləcək beynəlxalq sammitdə iştirakını təsdiqləyib.

İrna agentliyinin oktyabrın 28-də yaydığı məlumata görə, İranı sammitdə xarici işlər naziri Javad Zarif təmsil edəcək.

Sammitin ilk günü-oktyabrın 29-da ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri iştirak edəcək, ertəsi günsə toplantıya İran Misir və Livan da qoşulacaq.

İranın sammitə qatılmasını Moskva təklif edib.

Həmçinin ABŞ oktyabrın 27-də bəyan edib ki, Vyana danışıqlarına İran da dəvət olunmalıdır.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, İran bu müzakirələrdə əsas tərəfdaşlardan biri ola bilər, amma hələlik hazırda belə deyil.

Amma Assad rejiminə qarşı mübarizə aparan Suriya qüvvələrinin sözçüsü deyib ki, İranın danışıqlarda iştirakı böhranın siyasi yolla həllini çətinləşdirə bilər.

Suriya milli koalisiyasının vitse-prezidenti Hisham Marwa Əl Ərəbiyə televiziyasına deyib ki, İranın iştirakı danışıqları çətinləşdirəcək, çünki o Assad rejimini qorymaq üçün layihə ilə gələcək.

Rusiya ilə İran Suriya münaqişəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG