Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

-

«Həqiqətən də, Türkiyənin bəzi loukosterləri Azərbaycana uçmaqdan imtina edib».

APA-nin xəbərinə görə, bunu «Ground Handling Company»nin («Silk Way Holding»in törəmə şirkəti) icraçı direktoru İlqar Ələkbərov deyib.

«Türkiyədən olan loukosterlərin Azərbaycana uçmaqdan imtina etməsi həqiqətdir. Bir neçə loukosterlə münasibətlər müəyyənləşdirilir, tənzimlənir. Hələ ki, qərar qəbul olunmayıb uçacaqlar, ya yox. Bu cür məsələlərdə əsas amil kommersiyadır.... Aviaşirkətlərin əsas məqsədi gəlir əldə etməkdir», - İ.Ələkbərov bildirib.

İcraçı direktor deyib ki, sözügedən məsələ ilə bağlı türkiyəli aviadaşıyıcılarla danışıqlar bərpa oluna bilər.

Loukoster daha aşağı qiymətə uçuşlar həyata keçirən aviadaşıyıcıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG