Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:54

Yağış davam edəcək


Yağış.
Yağış.

-

Bakı və Abşeron yarımadasında oktyabrın 29-da fasilələrlə yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən xəbərə görə, gecə 10-12, gündüz 12-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 29-da arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 9-12, gündüz 12-16, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.

XS
SM
MD
LG