Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:39

-

Rusiya Suriyaya hava zərbələrinə ona görə başlayıb ki, İslam Dövləti (İD) silahlılarının keçmiş sovet məkanında yerləşən ölkələrinə qayıtmasının qarşısını alsın. Bu açıqlamanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov verib.

O, oktyabrın 28-də Moskvada bir konfransda danışıb. FSB rəhbərinin sözlərincə, hazırda Suriya və İraqda İD sıralarında 100-dən artıq ölkədən silahlılar iştirak edir.

“Rusiya, Gürcüstan, Ukrayna və Orta Asiya ölkələrindən olanların 10-dək qruplaşması da onların sırasındır”.

Bortnikov deyib ki, “İD və Hizb ut-Tahrir-in böyük şəbəkələri bu yaxınlarda Moskvada neytrallaşdırılıb”.

FSB rəhbəri onu da bildirib ki, Əfqanıstanda təhlükəsizlik durumunun pisləşməsi Orta Asiya ölkələri üçün artan təhlükədir, İD və Taliban qüvvələrini yerli “cinayətkar qruplar”la birləşdirir və “Orta Asiyaya müdaxilə cəhdi” edə bilər.

Bortnikov MDB üzvlərini terrorçuluqla mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG