Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:43

Evdən işləyənlər daha çox qazanır


İnsanlar işə tələsir.
İnsanlar işə tələsir.

-

Sərbəst əsaslarla, ştatdankənar çalışanlar (freelancer) deyirlər ki, ofisdəki həmkarlarından daha çox qazanırlar. Yeni açıqlanmış sorğuya əsasən belə demək olar. dcinno.streetwise.co saytı yazır ki, hətta az qazansalar belə, sərbəst çalışanlar ofisdəkilərdən daha müsbət enerjili olurlar və seçkidə daha çox fəallıq göstərirlər.

Bu il amerikalı işçilərin 34 faizi ştatdankənar işləyib. Sorğunu «Upwork» şirkəti ilə Ştatdankənarlar Birliyi keçirib. 34 faiz o deməkdir ki, 54 milyon amerikalı tam və ya yarımştat işindən əlavə iş də götürüb. Bu rəqəm bir il öncəkindən 700 min çoxdur. «Upwork» sayın artacağını proqnozlaşdırır.

«İnsanlar öz şərtlərinə, arzuları, istədikləri həyat üslubuna uyğun çevik karyera qururlar. Onlar daha artıq imkanlar şəbəkəsinə çıxış əldə edirlər», - «Upwork»un rəhbəri Stephane Kasriel deyib. «Peşəkarlar ənənəvi işlərindən üz çevirirlər və əksəriyyəti bir daha geri dönmək istəmir».

Sorğu onu da üzə çıxarıb ki, bu şəxslər siyasi baxımdan da fəallaşırlar. Belə ki, sərbəst çalışanların 86 faizi 2016-cı il seçkisinə getməyi düşünür. 2012-ci il prezident seçkisində əhalinin 58.2 faizi iştirak etmişdi.

Ştatdankənarlar durumlarından xeyli razı görünüblər. 60 faizi deyib ki, öz seçimləridir. Digər tərəfdən də sərbəst işləyənlərin əldə etdikləri azadlıqlar ümumilikdə, karyera yüksəlişinə xidmət edə bilər. Özəlliklə, qadınlar bu cür işi çevik qrafikli olmasına görə seçir.

R.T.Erdoğan səs verir.
R.T.Erdoğan səs verir.

AKP DAHA BİR SEÇKİNİ İSTİSNA ETMİR

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 1 noyabr seçkilərində çoxluğu qazana bilməsə, daha bir seçkini istisna etmir. BGNNews yazır ki, oxşar açıqlamayla AKP-nin sədr müavini Mehmet Ali Şahin çıxış edib.

«Qorxuram ki, seçkilərin nəticəsi iyunun 7-dəki kimi olsa, daha bir seçki barədə danışmağa başlayaq», - Şahin deyib. İyunun 7-də keçirilən seçkidə AKP çoxluğu qazana bilmədi və prezidenti Recep Tayyip Erdoğan təkrar seçki elan etdi.

Şahin İstanbulda seçki kampaniyası çərçivəsində danışıb, deyib ki, AKP-nin təkpartiyalı hakimiyyəti qaytarması vacib şərtdir:

«Türkiyə və iqtisadiyyatı noyabrın 1-dən sonra yeni macəraları çəkə bilməz. Ötən il iki, bu il də iki seçki keçirmişik. Türkiyə seçkilər barədə danışdığı müddətdə istədiyimiz artım və inkişafa çata bilməyəcəyik»...

«Qoy Türkiyəni 2019, 2023-cü illərə sabitlik içində güclü administrasiya aparsın. Qoy öz içində sabit bir administrasiya olsun. Türkiyənin problemlərini bir-birilə yola getməyən çoxsaylı partiyalardan ibarət hökumət həll edə bilməz», - deyə Şahin mümkün koalisiyaya işarə vurub. «Ona görə 1 noyabr seçkisindən AKP-nin qalib çıxması vacibdir».

XS
SM
MD
LG