Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:52

-

Oktyabrın 29-da Bakıda VI Avropa Film Festivalının açılışı olacaq.

Bu münasibətlə festivalın təşkilatçıları və tərəfdaşları birgə mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransında Avropa Birliyinə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri də iştirak edəcək.

Təşkilatçıların bildirdiyinə görə, bu il festivalın rekord sayda iştirakçısı var. Festivala filmləriylə 18 Avropa dövləti və Azərbaycan qatılıb.

Festivalın açılışında Belçikanın «Turquaz» filmi nümayiş etdiriləcək.

Festivala Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Böyük Britaniya və Azərbaycan filmləri daxildir.

Filmlərin nümayişi oktyabrın 29-dan noyabrın 6-dək «Park Bulvar», «Flame Towers», «Metro Park» və Nizami kinoteatrında nümayiş etdiriləcək.

Biletlər «Park Cinema» kinoteatrlar şəbəkəsinin kassalarından pulsuz əldə edilə bilər. Ancaq biletlər məhdud saydadır.

Avropa Birliyinin Nümayəndəliyi isə hədiyyəli müsabiqə təşkil edir. Bu müsabiqədə festivalın ən yaxşı filmi seçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG