Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Kerry Orta Asiyaya ilk səfərini edir


John Kerry təyyarəsində jurnalistlərin suallarını cavablandırır, 25 oktyabr, 2015-ci il

John Kerry təyyarəsində jurnalistlərin suallarını cavablandırır, 25 oktyabr, 2015-ci il

-

ABŞ Dövlət katibi John Kerry bu günlərdə Orta Asiyaya səfər edəcək, regiondakı həmkarları ilə ikitərəfli və çoxtərəfli danışıqlar aparacaq.

Dövlət Departamenti oktyabrın 27-də bildirib ki, Kerry Orta Asiyaya Suriya danışıqlarından sonra gedəcək. Danışıqlar oktyabrın 30-da Vyanada keçiriləcək.

Noyabrın 3-də başa çatacaq səfər ABŞ Dövlət katibinin Orta Asiya respublikalarına ilk səyahəti olacaq.

Kerry Bişkəkdə Orta Asiya Amerika Universitetinin yeni şəhərciyinin, eləcə də ABŞ səfirliyinin yeni binasının açılışına qatılacaq.

Dövlət katibi Özbəkistanda beş respublikanın xarici işlər nazirliyinin görüşündə iştirak edəcək. Birləşmiş Ştatlarla dialoqun bu yeni formatı C5+1 adlanır.

Astanada isə ABŞ-Qazaxıstan Strateji Tərəfdaşlıq Dialoqu keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG