Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

Luqansk qadağanı götürdü


Ukraynaya gedən Rusiya yardım karvanı, arxiv fotosu

Ukraynaya gedən Rusiya yardım karvanı, arxiv fotosu

-

BMT agentlikləri Luqanskın bəzi ərazilərində işləyə biləcək. Ukraynanın bu separatçı regionu BMT qurumlarının çatdırdığı humanitar yardıma qadağanı götürməyə razılaşıb. Bunu ATƏT rəsmisi oktyabrın 27-də deyib.

ATƏT vasitəçisi Martin Sajdik ümidini bildirib ki, tezliklə Donetsk regionu da belə edəcək.

Separatçılar ötən ay Ümumdünya Ərzaq Proqramı kimi BMT agentliklərinin Luqanskda işini dayandırıb. Ötən həftə Donetsk də eyni qadağa tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG