Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

AB Kosovo ilə assosasiya sazişi imzaladı


Isa Mustafa və Federica Mogherini

Isa Mustafa və Federica Mogherini

-

Avropa Birliyi oktyabrın 27-də Kosovo ilə sabitlik və assosasiya razılaşması imzalayıb.

Bu, Kosovonun Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamasına yol açır.

Sənədi Brüsseldə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini ilə Kosovonun baş naziri Isa Mustafa imzalayıb.

Razılaşmaya əsasən Kosovo məhkəmə sistemi və insan haqlarının müdafiəsi başda olmaqla dövlət idarəçilik mexanizmi və vətəndaş cəmiyyətinin fəaliyyətini Avropa Birliyinin standartlarına uyğunlaşdırmalıdır.

Kosovo bir neçə illik müharibədən sonra 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG