Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

Böyük Britaniya bu il və 2016-cı ildə Əfqanıstandakı ordusunun sayını indiki həddə saxlayacaq.

Böyük Britaniyanın müdafiə naziri Michael Fallon oktyabrın 27-də parlamentə bununla bağlı yazılı məktub təqdim edib.

ABŞ-da bundan əvvəl Əfqanıstandakı 5500 nəfərlik ordusunu Əfqanıstanda saxlayacağını bəyan edib.

NATO həmçinin digər ölkələri eyni addım atmağa çağırıb.

Böyük Britaniyanın hazırda Əfqanıstanda 450 nəfərlik hərbi heyəti var.

Qeyd edək ki, NATO 2014-cü ildən Əfqanıstanda döyüş əməliyyatlarını dayandırıb.

Hazırda Əfqanıstanda ümumilikdə 13 min koalisiya qüvvəsi var.

Onlar əsasən yerli qüvvələrə təlim keçmək və əməliyyatlara dəstək verməklə məşğuldular.

Son vaxtlar talibançıların Əfqanıstanda fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG