Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:50

Şirvan Apellyasiya Məhkəməsi oktyabrın 27-də Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Murad Ədilovun şikayətini təmin etməyib.

Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, bir müddət əvvəl Apellyasiya Məhkəməsi prosesin qismən istintaqla aparmaqdan imtina edib.

Vəkil prosesdə çıxış edərək, ittihamın əsassız olduğunu və onun təqsirinin sübuta yetirilmədiyini bildirib.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini deyir.

Murad Ədilov bu ilin mayında qanunsuz narkotik maaddə saxlama ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

O, müxalif jurnalist, “Azərbaycan saatı” televerilişinin aparıcısı Natiq Ədilovun qardaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG