Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Əfqanıstan və Pakistanda axtarış-xilasedici əməliyyatlar davam etdirilir.

Oktyabrın 26-da bu ölkələrdə baş verən zəlzələdə ümumilikdə 350-dən çox adam ölüb və ölü sayə artmaqda davam edir.

Yeraltı təkanların gücü 7,5 bal olub.

Pakistan rəsmiləri 241 nəfərin öldüyünü 1600 nəfərin yaralandığını deyirlər.

Əfqanıstan isə 115 nəfərin öldüyünü, yüzlərlə adamın yaralandığını bildirir.

Pakistan hökuməti təbii fəlakət zonalarına çadır, dərman və ərzaq məhsulları göndərməyə çalışır.

Çitral rayonunun sakinləri 80 mindən çox adamın içməli sudan məhrum olduğunu deyirlər.

Baş nazir Nawaz Sharif bildirib ki, hökumət zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün tədbirlər görəcək.

Regiondakı çətin vəziyyət xilasedici əməliyyatları əngəlləyir.

Taliban bəyan edib ki, döyüşçülərinə kömək təklif etmək, humanitar və xilasedici əməliyyatlara mane olmamaq göstəriş verilib.

Zəlzələnin mərkəzi Kabilin 250 kilometrliyində qeydə alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG