Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

-

Bir müddət əvvəl vəzifəsindən azad olunan «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov həbs edilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə B.Hüseynov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

B.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.

B.Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə bu günlərdə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.

B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG