Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:47

11 şikayətdən yalnız 1-i həllini tapıb


Mirmahmud Mirəlioğlu.
Mirmahmud Mirəlioğlu.

-

AZADLIQ-2015 seçki blokunun hüquqşünasları hələ də Mirmahmud Mirəlioğlunun şikayəti ilə bağlı Ali Məhkəmənin qərarını ala bilmir.

Bunu AzadlıqRadiosuna bu bloka daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Təşkilat Komitəsinin sədri Bəybala Əbil deyib.

Bəybala Əbilin sözlərinə görə, onlar bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərmək niyyətindədirlər. Yada salaq ki, ötən həftə Ali Məhkəmə Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınmaması ilə bağlı DSK, MSK və apellyasiya məhkəməsinin qərarlarını qüvvədə saxlayıb. Mirmahmud Mirəlioğlu 43 saylı Üçüncü Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü.

Bəybala Əbil deyib ki, blokdan 11 qeydiyyata alınmayan şəxslə bağlı məhkəmə orqanlarına şikayət ediblər. Bu şikayətlərdən yalnız biri məhkəmə yolu ilə müsbət həllini tapıb. 79 saylı İmişli Seçki Dairəsindən Mirismayıl Hadının da namizədliyi qeydə alınıb.

XS
SM
MD
LG