Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:49

Azərbaycanlı startapçılardan yeni proqram- [video]


Flapus
Flapus

-

Bəzən işin çox olur, başın qarışır və ya elə yorğun olursan ki, sənə tapşırılan hansısa işi, xahişi, tapşırığı unuda bilərsən. Məsələn, yəqin ki, ən azından evə gələndə mağazadan çörək almağı yaddan çıxardığın hallar olur.

Bir qrup azərbaycanlı startapçı smartfonlar üçün bu məsələni yoluna qoyan yeni proqram yaradıblar.

«Flapus» adlanan planlaşdırma proqramı tapşırıqlar yaratmağa və göndərməyə imkan verir.

Tutaq ki, dostun səndən istəyir ki, gələrkən aptekdən hansısa dərmanı almağı unutmayasan. Proqramı açır, tapşırığı yazır, vaxtı təyin edir və sənə göndərir. Təsdiq edirsənsə, qeyd olunan vaxtda proqram tapşırığı sənin yadına salacaq.

Layihə rəhbəri Murad Ələkbərov deyir ki, applikasiyada e-mail qeydiyyatı və yaxud dostluq təklifləri kimi mürəkkəb elementlər yoxdur. İstifadəçi sadəcə mobil nömrəni daxil edir. Bundan sonra telefon kitabçasındakı bütün nömrələr görünür. Tapşırığı yaradıb istənilən şəxsə göndərmək olar. Təbii ki, həmin şəxs də proqramdan istifadə etməlidir.

Proqramın Android üçün Beta versiyasını «Flapus»un internet səhifəsindən yükləmək mümkündür.

Tezliklə proqram iOS və «Windows Phone» üçün də əlçatan olacaq.

XS
SM
MD
LG