Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:44

Avropa QHT-lərə pul ayırır


Azərbaycan və Avropa Birliyi.
Azərbaycan və Avropa Birliyi.

-

Avropa Şurası və Avropa Birliyinin Bakı nümayəndəlikləri oktyabrın 27-də «Şərq Tərəfdaşlığı» ölkələri, o cümlədən Azərbaycan üçün yeni layihələrin təqdimatını keçirir.

4.7 milyon avro dəyərində olan bu layihələri Avropa Birliyi ilə Avropa Şurası maliyyələşdirir və Avropa Şurası tərəfindən həyata keçirilir.

Neftçilərin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna deyir ki, bu həcmdə qrantlar ölkə QHT-lərinin fəaliyyətində canlanma yaradacaq: «Görürsünüz ki, nə bir mətbuat konfransı var, nə tədbirlər həyata keçirilir. Biz Avropa Birliyinin birinci elanından sonra layihə təqdim etsək də, keçmədi, amma bununla belə hesab edirəm ki, layihəsi keçən həmkarlarım üçün işləməyə böyük stimul olacaq».

«HANSI TƏŞKİLATLARA VERİLƏCƏYİ DƏ MARAQLIDIR»

Ancaq Mirvari Qəhrəmanlı diqqəti ona yönəldir ki, Avropa Birliyinin son layihə elanlarında insan hüquqları prioritet sahə olmayıb: «O da maraqlıdır ki, Avropa Birliyi hansı təşkilatlarla işləyəcək. Bilirsiniz ki, bəzi QHT rəhbərləri ölkəni tərk etdi, ancaq ağır vəziyyətə baxmayaraq, ölkədə qalanlar da oldu. Biz bu prosesləri diqqətlə izləyəcəyik».

Avropa Şurasının Bakı ofisinin məlumatında deyilir ki, 2015-2017-ci illərdə həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə, Ədliyyə Akademiyasının rolu və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG