Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:09

-

Oktyabrın 26-da Ukraynada yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərlə bağlı “exit-poll” nəticələri bəllidir. Oktyabrın 26-da açıqlanmış ilkin nəticələr Prezident Petro Poroshenko hökumətinin ölkənin qərbində və mərkəzində dominant mövqeyini saxlayacağını göstərir.

Cənub və şərq hissələrdə isə seçicilər daha çox Müxalifət Blokuna səs veriblər. Bu blok 2014-cü ilin əvvəlində devrilmiş rusiyapərəst prezident Viktor Yanukovych-in partiyasının üzvlərindən ibarətdir. .

Poroshenko ilkin nəticələri alqışlayıb və deyib ki, bu, Rusiyanın ölkəyə nəzarət cəhdləri üzərində qələbədir.

Oktyabrın 26-da Mərkəzi Seçki Komitəsi nəticələrin hələlik 30 faizini əldə etdiyini bildirib. Yekun nəticələrin noyabrın 4-də açıqlanacağı gözlənir.


Günün bütün mövzuları

XS
SM
MD
LG