Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:53

Rusiya Suriya müxalifəti ilə danışıqlardadır


Rusiya Xarici İşlət Nazirliyinin rəsmisi bildirib ki, Qərb tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusunun nümayəndə heyəti bir neçə dəfə Moskvaya səfər edib

Rusiya Xarici İşlət Nazirliyinin rəsmisi bildirib ki, Qərb tərəfindən dəstəklənən Suriya Azadlıq Ordusunun nümayəndə heyəti bir neçə dəfə Moskvaya səfər edib.

Kreml həmçinin xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin Suriya müxalifətini dəstəkləyən Səudiyyənin kralı Salmanla telefon danışıqları aparıb.

Qərb ölkələri Rusiyanı Suriyada antiterror əməliyyatı adı altında Qərb tərəfindən dəstəklənən müxalifət qüvvələrinin mövqelərinə hava zərbələri endirməkdə ittiham edir.

XİN-nin sözü gedən rəsmisi Mikhail Bogdanov deyib ki, Suriyanın anti-Assad müxalifətinin nümayəndələri Moskvaya müntəzəm səfərlər edir.

Reuters agentliyi bildirir ki, Rusiyanın müxalif Suriya Azadlıq Ordusuna münasibətində dəyişiklik hiss olunur.

Qərb Rusiyanı Assad rejiminin qorunub saxlanmasına çalışmaqda ittiham edir.

XS
SM
MD
LG