Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:34

Bağdadda şiə zəvvarlara edilən hücumda azı 7 nəfər ölüb, 20 nəfərsə yaralanıb.Ölənlərdən ikisi zabitdir.

Partlayış oktyabrın 26-da Al Shaab rayonunda tərədilib. Ölümə gedən intiharçı özünü Aşura mərasimlərini qeyd edən şiə zəvvarların çadırında partladıb.

Hücuma görə cavabdehliyi heç kim üzərinə götürməyib. Amma adətən son vaxtlar bu cür hücumların arxasında İslam Dövləti yaraqlıları durur. İslam yaraqlıları vaxtaşırı təhlükəsizlik qüvvələrinə də hücum edir.

Hazırda İraq və Suriyanın xeyli hissəsi İslam Dövləti qrupunun nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG