Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:54

Vergilər Nazirliyi illik dövriyyəsi 120 min manat olan sahibkarlar və sadələşdirilmiş vergi ödəyicilərinə qarşı səyyar operativ yoxlamaları müvəqqəti dayandırıb.

Turanın məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov kollegiya iclasında məlumat verib.

Amma əmək müqavilələrinin bağlanması, dövriyyə üzərində nəzarət və aksiz mallarının satışı zamanı aksizlərin tətbiqilə əlaqədar yoxlamalar istisna təşkil edəcək.

İclasda qeyd olunub ki, vergi yoxlamalarının dayandırılması təxminən 70 min vergi ödəyicisinə aid olacaq. Bu ilin 9 ayında 20 mindən çox belə yoxlama aparılıb.

Nazirin sözlərinə görə, bu tədbirlər “əlverişli biznes mühiti yaratmaq üçün Vergilər Nazirliyinin qarşısına qoyulan vəzifələrdən biridir.

Nazir lazımsız yoxlamaların yolverilməz olduğunu bildirib və qeyd edib ki,kiçik və orta sahibkarlara müdaxilələr tamamilə aradan qaldırılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG