Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:38

Talibançılar Əfqanıstanın Firoz Koh şəhərində 19 yaşlı qız daşqalaq edərək öldürüblər.

Yerli polis əməkdaşı Mohammad Azimininoktyabrın 26-da AzadlıqRadiosuna verdiyi məlumata görə, Roxşana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk ediblərmiş.

Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbat vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG