Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:25

AŞPA-dan seçkilərə 30 nəfər gəlir


Avropa Şurası.
Avropa Şurası.

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 30 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Nümayəndə heyətinə İspaniyadan olan Jordi Xuclà başçılıq edir.

Bu barədə məlumat AŞPA-nın rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, heyət parlamentdə təmsil olunan partiya nümayəndələri, o cümlədən müxalifət partiyaları və hərəkatları ilə görüşəcək.

Nümayəndələr media və vətəndaş cəmiyyəti təmsilçiləri ilə seçki kampaniyaları barədə dəyirmi masa keçirəcək, Bakıda olan diplomatlarla görüşəcəklər.

Seçki günü AŞPA müşahidəçiləri ölkənin müxtəlif bölgələrində səsverməni və səslərin sayılmasını izləyəcəklər.

AŞPA nümayəndə heyətini Venesiya Komissiyasının ekspertləri də müşayiət edəcək, seçkinin hüquqi bazası ilə bağlı yarana biləcək məsələlərdə onlara yardımçı olacaqlar.

Avropa Şurası parlamentariləri seçkiöncəsi vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün sentyabrın 21-22-də Azərbaycanda olublar və səfərin yekunları ilə bağlı bəyanat yayıblar.

AŞPA 1974-cü ildən bəri Avropa Şurasına üzv ölkələrdə 150-ə yaxın seçkini müşahidə edib.

XS
SM
MD
LG