Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59

-

Dövlət Neft Fondunun bu ilin 9 ayında gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 4 milyard 588.5 milyon manat az olub. Fonddan verilən məlumata görə, yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri 5 milyard 543.4 milyon manat, büdcə xərcləri isə 6 milyard 397.1 milyon manat olub.

Fond son illərlə müqayisədə valyuta məzənnələrinin dəyişməsindən gəlirlə çıxıb.

Dövr ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə əlaqədar fondun büdcədənkənar gəliri 7 milyard 828.3 milyon manat olub.

2014-cü ilin 9 ayında isə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri (962.7 milyon manat) olmuşdu.

Dövr ərzində fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 492.2 milyon manat olub. O cümlədən, mənfəət neftinin və qazın satışından 5 milyard 479.5 milyon manat, akrhesabı ödənişlər 2.2 milyon manat, bonus ödənişləri 2.1 milyon manatvə tranzit gəlirləri 8.4 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51.2 milyon manata bərabər olub. Bu, keçən ilin 9 ayı ilə müqayisədə 111.1 milyon manat azdır.

2015-ci il oktyabrın 1-ə fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104.1 milyon ABŞ dolları) nisbətən 6.38% azalaraq 34 milyard 738.1 milyon ABŞ dollarına bərabər olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG