Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03

Pakistan və Əfqanıstanda baş verən zəlzələdə 200-ə yaxın adam ölüb


Foto arxiv

Foto arxiv

Bazar ertəsi Cənubi Asiyada baş verən zəlzələ nəticəsində Pakistan və Əfqanıstanda 200-ə yaxın adam ölüb.

Yeraltı təkanlar 7,5 bal gücündə olub.

Zəlzələnin mərkəzi Əfqanıstanın şimalındakı Hini-Kuş şəhəri yaxınlığında qeydə alınıb.

Bu şəhər Pakistan,Tacikistan və Çinlə həmsərhəd olan Bədəxşan əyalətində yerləşir.

Təkcə Pakistanda 130-dan çox adamın öldüyü, 600-ə yaxın adamınsa yaralandığı xəbər verilir.

Əfqanıstanda isə 30-dan çox adamın öldüyü, 200-dən çox adamın yaralandığı bildirilir.

Əfqanıstanda ölənlərdən 12-si Taxar əyalətindəki məktəbin qız şagirdləridir.

Onlar çölə qaçarkən basabasda ölüblər.

Bundan başqa 30 məktəbli yaralanıb.

Yeraltı təkanlar Hindistanın paytaxtı Dehlidə də hiss olunub, vahiməyə düşən insanlar küçələrə axışıb və metrolorda hərəkət dayandırılıb.

Bir sıra yerlərdə elektrik xətləri qırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG