Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

-

Əfqanıstanda çəkilmiş yeni Hollywood komediyası ABŞ-da ilk həftəsonuda zəif nəticə göstərib. “Şərqdə rok” (Rock The Kasbah) adlı filmdə Bill Murray və Bruce Willis çəkilib. Film yaşlanmaqda olan rok prodüserinin Əfqanıstanda yeni müştəri tapmasından bəhs edir.

Bu filmin ilk həftəsonu ABŞ-da 2 mindən çox kinoteatrda 6 milyon dollar gəlir gətirəcəyi gözlənirdi. Ancaq cəmi 1.5 milyon dollar yığılıb.

Bu, Bill Murray-ın ən pis debütü sayılır.

Filmi tənqidçilər də aşağı dəyərləndirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG