Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:17

-

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyev 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Bu barədə AzadlıqRadiosuna Oqtay Gülalıyev məlumat verib.

Əlgüşad Gülalıyev 2013- cü ilin sentyabrında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq insidentdən şikayətçi olan Əlgüşad Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində həbs qətimkan tədbiri seçilib.

Xuliqanlıqda təqsirləndirilən Əlgüşad Gülalıyev barəsində Xətai Rayon Məhkəməsi qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmə barədə hökm çıxarıb.

Gülalıyevlər hökmdən apellyasiya şikayəti veriblər. Şikayət təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin son qərarına münasibət bildirən hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, Apellyasiya məhkəməsi məhkəməyə təqdim edilən sübutları düzgün və obyektiv qiymətləndirməyib, ədalətli məhkəmə araşdırması aparmayıb:

“Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən verilən çoxsaylı vəsatətləri qəbul etməyib. Məhkəmədə şahidlərin, zərərçəkənin iştirak edib onların dindirilməsi, iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilməsinə, Xətai rayon məhkəməsinin protokollarının saxta tərtib olunması ilə bağlı faktların araşdırılmasına lüzüm görməyib. Məhkəmə prosesinin qismən də olsa məhkəmə istintaqı ilə aparılmasına dair vəsatəti qəbul etməyib və istintaq olmadan məhkəmə iclasını keçirib, bununla yol verilən kobud qanun pozuntularına göz yumub”.

Apellyasiya məhkəməsinin qəbul etdiyi qərarda Xətai Rayon Məhkəməsinin hökmündə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Gülalıyev Əlgüşada Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təyin edilən müddəalar xaric edilib. Hökmün digər hissəsi - 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzası dəyişdirilmədən saxanıb.

Müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti hazırlayır.

Oqtay Gülalıyev oğlunun onun siyasi fəaliyyətinə görə cəzalandırıldığını iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG