Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:33

AB, Balkan liderləri razılaşdı


Sloveniya-Avstriya sərhədində miqrantlar

Sloveniya-Avstriya sərhədində miqrantlar

-

Avropa və Balkan ölkələri liderlərinin oktyabrın 25-də Brüsseldə keçirilən görüşü 17 bəndlik plan üzrə razılıqla bitib. Əməkdaşlıq planının məqsədi Balkan yarımadasından miqrant axınının idarəolunmasıdır.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker deyir ki, plan Yunanıstandan Almaniyaya gedən yoldakı miqrant mərkəzlərində daha 100 min yer ayrılmasını nəzərdə tutur. BMT-nin qaçqınlar üzrə agentliyi (UNHCR) Yunanıstanda 50 min, Qərbi Balkanda isə daha 50 min yerin ayrılmasına kömək edəcək.

Juncker-in sözlərinə görə, sammitdəki Balkan liderləri qaçqın axını üzrə informasiyanın paylaşılmasına, birtərəfli qərarların verilməsindən çəkinməyə razılaşıblar.

AB-nin sərhəd agentliyi olan Frontex Yunanıstan-Makedoniya sərhədində fəaliyyəti gücləndirəcək və sərhədi keçməyə çalışan miqrantları qeydə alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG