Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

A.Kamyu. Bir ovuc adam dəyişməz həqiqət tapdığına inananda


Albert Kamyu və amerikalı sülh aktivistləri, 1948

Albert Kamyu və amerikalı sülh aktivistləri, 1948

- "Demokrat dediyimiz rəqibinə azad danışmaq imkanı verər və onun dedikləri üzərində düşünməkdən qaçmaz.

Partiyalar və insanlar özlərini başqalarının ağzını yumacaq qədər haqlı gördükləri yerdə demokratiya yoxdur."

Albert Camus

Demokratiya və təvazökarlıq

Bəlkə də yaxşı adlandırıla biləcək heç bir siyasi düzən yoxdur, amma demokratiya bu düzənlərin ən az pis olanıdır.

Demokratiya və partiya anlayışları bir-birinə bağlıdır, amma təəssüf ki, partiya anlayışı demokratiyasız da mövcud ola bilir. Bu, bir partiya və ya bir ovuc adam dəyişməz həqiqət tapdığına inananda olur.

Odur ki, Məclis və millət vəkilləri təvazökar olmalıdırlar. Bugünkü dünyamızda bunu bacarmaq üçün səbəblər çoxdur.

Albert Camus, 1959

Albert Camus, 1959

Gözardı edə bilmərik, məclis və hökumətlərdən heç biri dörd bir yandan üstümüzə gələn problemləri həll edə bilmədilər. Buna güclərinin çatmadığı həm də ona görə məlum oldu ki, biz problemlərdən hansının adını çəksək, beynəlxalq münaqişələri irəli sürürlər.

Kömürümüz yoxdur? İngilisler Rhur'un, Ruslar da Sarre'ın kömürünü bize vermirlər, ona görə.

Çörəyimiz yoxdur? Moskva və Vaşinqtonun bizə verəcəkləri tonlarla buğdanı Leon Blum və Maurice Thorez (iki fransalı siyasətçi - tərc.) bir-birlərinin üzünə sovururlar.

Bu danışıqlar açıq göstərir ki, məclis və hökumət bizim başımızı piyləmək istəyirlər və Fransa müstəqil deyildir.

Bu o deməkdir ki, beynəlxalq düzəni qurmadan heç bir ölkənin daxili problemi həll olunmaz.

Başqa sözlə desək, hər kəs biraz özünü unutmalıdır. Bu, xüsusən millət vəkillərinə aiddir. Demokratiya da zatən budur.

Demokrat dediyimiz - rəqibinin haqlı ola biləcəyini qəbul edən adamdır.

Demokrat dediyimiz rəqibinə azad danışmaq imkanı verər və onun dedikləri üzərində düşünməkdən qaçmaz.

Partiyalar, siyasətçilər, insanlar özlərini başqalarının ağzını yumacaq qədər haqlı gördükləri yerdə demokratiya yoxdur.

Təvazökarlıq haradan gəlirsə gəlsin, bir respublika üçün faydalı nemətdir.

Bugün Fransa güclü vəziyyətdə deyil. Tarixi baxımdan bunu yaxşı hesab etmək olarmı? Bəli, bu, təvazökar olmaqdan ötrü bizim üçün bir fürsətdir.

İstər yenidən güclənməyə, istərsə də güclü olmaqdan vaz keçməyə çalışaq, hələlik ölkəmizin əlində bir nümunə olmaq fürsəti var.

Fransa dünyaya nümunə ola bilmək üçün öz sərhədləri daxilində görə biləcəyi həqiqətləri dünyaya açıq deməlidir.

Hökumət dünyada demokratik düzən qurulmadıqca bir xalqın daxili demokratiyanı gerçəkləşdirə bilməyəcəyini qəbul edirsə, dünyada düzənin demokratik olması üçün zor işlətməkdən vaz keçmək həqiqətini qəbul etməlidir.

Bu fikirlərsə, gördüyünüz kimi, bugün əlimizdən gəlmir.

Actuelles I'den, 1947

Rus dilində "Esselər, məqalələr, yazışmalar" kitabından

Günün bütün mövzuları

XS
SM
MD
LG