Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Yol polisi cəzalandırmaq əvəzinə, mükafatlandırır


-

İki Texas zabiti saxladıqları sürücü ilə bağlı araşdırma aparmaq üçün bütün hüquqlara malikiydilər: sürücünün qeydiyyat biletinin vaxtı keçmişdi, maşınının işıqları nasaz idi və oturacaqsız halda 3 körpə aparırdı. Amma zabitlər Justin GowerCale Hawkins araşdırma aparmaq əvəzinə pullarını toplayaraq sürücünün uşaqlarına maşın oturacağı aldılar. Bu barədə KVUE TV xəbər verib.

Zabit Gower deyir ki, sürücü ilə söhbət edərkən, arxadakı 3 uşağın oturacağının olmadığını görüb:

"Mən bu insanın haqqında həmkarlarımdan eşitmişdim. Xatırladım ki, pula qənaət etmək üçün maşında yaşayır".

Gower qabaqlar bu sürücü ilə söhbəti olmuş həmkarı Hawkins-lə əlaqə saxlayır. Hawkins deyir ki, ailə oteldə yaşayır və dediklərinə görə, bütün pulları da elə buna sərf olunur. Beləcə, iki zabit sürücüyə kömək etmək qərarına gəlirlər. Gower deyir:

“Onlara üç bilet verməklə kömək etmək az olardı. Balaca uşaqlar hələ də oturacaqsız səfər etməli idilər”.

Hawkins əlavə edir: “Biz kənara çəkildik və bu insanlara maşın oturacağı almağa qərar verdik. Pullarımızı topladıq. 1, 3 və 4 yaşlı qızların oturması üçün çəhrayı rəngli 3 oturacaq aldıq”.

“Bu mözüzə deyildi. Amma zabitlər ehtiyac olan şeyi təmin etdilər” – verilişin aparıcısı belə deyir.

POLİSLƏ ƏLAQƏLƏRİ YAXŞILAŞDIRMAQ YOLLARI...

Ferguson hadisələrindən sonra bir çox polis departamentləri ictimaiyyətlə əlaqələri yaxşılaşdırmaq üçün yollar axtarır.

Məsələn, Associated Press-in məlumatına görə , Massaçusets ştatınındakı Concord şəhərinin polis departementində zabitlər nümunəvi davranış üçün 200 ifadə işlətməyi planlaşdırırlar. Nümunəvi davranış dedikdə velosiped sürərkən dəbilqə qoymaq, kəməri bağlamaq, yol keçən piyadaya yol vermək, yolu keçərkən hər iki tərəfə baxmaq yerli kafedə yeyiləcək iki dondurmaya bərabər olan “sitatla” mükafatlandırılır. Polis şefi Joseph O’Connor deyir ki, bu yol insanlarla pozitiv ünsiyyət qurmağa kömək edir.

CƏZALANDIRMAQ ƏVƏZİNƏ, MÜKAFATLANDIRMAQ...

NBC News xəbər verir ki, New Hampshire ştatının Farmington Polis Departmenti əhalini bəzi pozuntulara görə cəzalandırmamaq, əvəzinə tərbiyəli davranışa görə mükafatlandırmaq yolunu seçib. Çoxunun pozmağa meylli olduğu bəzi qaydalara əməl edənlər, məsələn, yolu düzgün keçənlər pizza və qızartma kartof ilə mükafatlandırıla bilər.

Keçən il Nyu-Yorkdakı yerli polis hədiyyələri oğurlanmış ailənin bayramını xilas etmək üçün onlara 1500 dollar kömək edib.

“Talan olunmaq pis şeydir, xüsusilə də Milad qabağı”, – polis birliyinini prezidenti Robert Riley deyir. Sonra da əlavə edir: “Biz istədik ki, bu ailə ili xoşbəxt yola salsın, onların gözlərindəki gülüş hər şeyə dəyər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG