Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

-

Oktyabrın 25-dən Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin Ukraynaya uçuş qadağası qüvvəyə minib. İki ölkə arasındakı avia əlaqənin ləğv olunduğu bildirilir.

BBC-nın məlumatına görə, sözgedən aviaəlaqənin kəsilməsindən hər ay 70 min sərnişin əziyyət çəkəcək.

Ukrayna hakimiyyəti bu ilin sentyabrında qərar qəbul edib ki, oktyabrın 25-dən Rusiya aviaşirkətlərinə Ukraynaya uçuş etməyi qadağan etsin. Buna cavab olaraq Rusiya da Ukraynaya uçuş qadağası tətbiq edib.

Sentyabrın 16-da Ukrayna prezidenti Petr Poroshenko Rusiyaya qarşı yeni sanksiya paketinə imza atıb. Yeni sanksiya siyahısına 100-ə yaxın hüquqi şəxs, o cümlədən 20 rus aviaşirkəti salınıb. Sanksiyaya səbəb Donetsk və Luqanskın Ukraynadan ayrı yerli idarəetmə orqanlarına seçki keçirmək qərarı olub. Poroshenko belə bir qərarın Rusiyanın təsiri altında verildiyini iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG