Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

-

«Seçki məntəqələrində əlil insanlar üçün panduslar quraşdırılmalıdır».

report.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın oktyabrın 24-də keçirilən iclasında deyib.

O bildirib ki, əvvəlcə əlil insanların siyahısı dəqiqləşdirilməlidir: «Onların seçki məntəqələrində səs vermələri üçün məntəqələr panduslarla təmin edilməlidir. Bütün məntəqələr əlil seçicilərin səsvermələri üçün tam hazır olmalıdır. Çünki bəzən onlar özləri seçki məntəqəsinə gəlib səs vermək istəyir. Ona görə də fiziki imkanları məhdud olanlar üçün şərait yaradılmalıdır».

MSK sədrinin müavini Natiq Məmmədov isə deyib ki, panduslar daha çox əlil seçicilərin olduğu ərazilərdə quraşdırılmalıdır.

Bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG