Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Üçüncü peyk 2017-ci ildə orbitə buraxılacaq


Əli Abbasov
Əli Abbasov

-

«Azərbaycanın ikinci milli telekommunikasiya, ümumilikdə isə üçüncü süni peykinin hazırlanması üçün elan olunan tender artıq başa çatıb».

APA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir Qafqazın ilk peyk operatoru olan «Azərkosmos» şirkətinin uğurla fəaliyyət göstərdiyini bildirib: «Kosmik sənaye ölkəsinə çevrilən Azərbaycan yeni süni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyir. Hazırda «Azerspace-1» və «Azersky» peykləri fəaliyyət göstərir».

Üçüncü peykin hazırlanması və yaxınlarda orbitə çıxarılması barədə məlumat verən nazir Əli Abbasov deyib ki, ABŞ, Kanada və Fransa şirkətlərinin iştirak edəcəyi bu layihə Azərbaycan üçün çox səmərəli olacaq.

«Bu layihə ABŞ şirkəti tərəfindən hazırlanacaq, ümumi maliyyələşmə isə Kanadanın İdxal və İxrac Bankı tərəfindən həyata keçiriləcək. «Azerspace-2» peyki orbitə 2017-ci ildə qaldırılacaq. Azərbaycan peykin orbital mövqeyini «İntelsat» şirkətindən 25 illiyə icarəyə götürəcək. Kanada bankının maliyyələşdirəcəyi peyk orbitə buraxılandan bir il sonra «Azərkosmos» şirkəti əldə edilən gəlirlər hesabına ödənişlər aparacaq. Yəni həmin vaxt peyk artıq özünü maliyyələşdirə biləcək. Bunun ölkəmiz üçün ikinci böyük səmərəli tərəfi odur ki, bu peyk yeni bir qruplaşmada olacaq. Yəni, həmin qruplaşmada yeni texnologiya əsasında hazırlanan radar peykləri də mövcud olacaq. Bu da imkan verəcək ki, Azərbaycan telekommunikasiya imkanlarını artırmaqla yanaşı, həm də yer səthini müşahidə imkanlarını genişləndirsin», - deyə o vurğulayıb.

XS
SM
MD
LG