Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34

-

Ukraynadakı Rusiyapərəst yaraqlılar oktyabrın 23-də «Sərhədsiz həkimlər» xeyriyyə qrupunu (MSF) və BMT təsisatlarını Donetskdən uzaqlaşdırdıqlarını bildiriblər. «Sərhədsiz həkimlər» separat vilayətdə pasiyentlərə vacib tibbi yardımlar göstərirdi. Xüsusilə də diabetdən, böyrək çatışmazlığından əziyyət çəkənlərlə və Donetsk məhbəslərində vərəmlə mübarizə proqramı üzrə işləyirdi.

Tanınmamış respublikanın nümayəndəsi AFR-ə bildirib: «Mən «Sərhədsiz həkimlər»in akkreditasiyasının ləğv edildiyini təsdiq edə bilərəm».

MSF və başqa 9 təsisat lazımi akkreditasiyasının olmaması səbəbindın qonşu Luqansk vilayətindən də sentyabrın axırlarında çıxarılmışdı. MSF-in əməliyyatlar üzrə direktoru Bart Janssens son qərarı «həyəcanlı» və anlaşılmaz adlandırıb və qurumun çox narahat olduğunu bildirib. BMT-nin Ümumdünya Ərzaq Proqramı kimi təsisatlarına akkreditasiya olmaması səbəbindən qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG