Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05

-

Oktyabrın 23-də Pakistanın baş naziri Nawaz Sharif-in əfqan prezidenti Ashraf Ghani ilə söhbəti olub. Sharif İslamabadın rəsmi Kabil və «Taliban» arasında sülh danışıqlarını bərpa etməkdə köməyini təklif edib. Amma Sharif bunu da deyib: «Biz «Taliban»ı masa arxasına gətirərək onların qətlini sifariş verə bilmərik». Pakistanın baş naziri öz şərhinə izahat verməsə də, onun bu ifadəsi ABŞ-a işarət kimi başa düşülür.

Xatırladaq ki, ABŞ Pakistanı öz ərazisində yerləşən «Taliban» sığınacaqlarını məhv etməyə çağırmışdı.

Sharif bu sözləri ABŞ prezidenti Barak Obama ilə görüşündən sonra Vaşinqtondakı Sülh İnstitutundakı çıxışında deyib. Obama ilə görüşdə hər iki lider Əfqanıstanda sülh prosesinə sadiqliyini bildirib və «Taliban»ı Əfqanıstanın rəsmi dairələri ilə birbaşa danışıqlara getməyə çağırıb.

Sharif-in çıxışı zamanı yerlərdən Bəlucistan əyalətinə azadlıq tələb edən şüarlar səsləndirilib. «Bəlucistana azadlıq!» qışqıran kişi Pakistan baş nazirini «əl-Qaidə» lideri Osama bin Laden-in dostu olmaqda ittiham edib.

Bəlucistan müstəqillik və enerji ehtiyatları uğrunda mübarizə aparan separatçıların məskənidir. Bu region neft, qaz və başqa mineral ehtiyatlarla zəngindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG