Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:12

-

Oktyabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, gündüz mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasında gecə 12-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq rayonlarında çiskin olacağı, axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Gecə 10-15, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG