Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Facebook-dan yeni axtarış sistemi


Facebook.
Facebook.

-

«Facebook» özünün axtarış sistemini yeniləyib.

Yeni sistemlə sosial şəbəkə daxilində məzmunların axtarışı asanlaşır.

Digər axtarış sistemlərindən fərqli olaraq, «Facebook» şəxsə yönəlik nəticələri təqdim edir. Yəni, istifadəçilərin izlədikləri qaynaqlar xaricində axtarış nəticələri göstərilməyəcək. Tutaq ki istifadəçi günün vacib bir hadisəsi haqqında axtarış edir. Bu zaman olayla bağlı izlədiyi səhifələrin, qrupların və dostlarının ən yeni, uyğun, maraq doğuran postlarını əldə edəcək. İstifadəçi özü də anında müzakirələrə qoşulub fikirlərini bölüşə bilər.

«Facebook»un axtarış məsələləri üzrə mütəxəssisi Tom Stock deyir ki, gün ərzində bu sosial şəbəkədə 1.5 milyard axtarış aparılır və yeniləmədən sonra bu göstərici daha da artacaq.

«Facebook»un daha sonra bu axtarış funksiyasından biznes məqsədilə yararlanacağı da gözlənilir.

Hazırda bu yenilikdən sosial şəbəkəni ingilis dilində işlədənlər faydalana bilirlər. Yeni axtarış sistemindən yaxın zamanda digər dillərdə də istifadə etmək olacaq.

XS
SM
MD
LG