Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Gürcüstanda məhbuslar videosu yenidən yayılıb


Həbsxanada işgəncə videosu

Həbsxanada işgəncə videosu

-

Gürcüstanın baş naziri Irakly Garibashvili ölkənin əsas müxalifət partiyası olan Vahid Milli Hərəkatı (VMH) «kriminal təşkilat» adlandırıb. O, həmin bəyanatı dustaqların cinsi təcavüzə məruz qaldığını göstərən videonun internetə sızmasından sonra verib.

Videolar Mikheil Saakashvili-nin rəhbərlik etdiyi VMH-nin hakimiyyətdə olduğu 2011-ci ilə aiddir.

Video keçən həftə Ukraynanın video paylaşım saytında yerləşdirilib və hökumətyönlü qrupların etirazına səbəb olub. Onlar 2012-ci ildə hakimiyyətdən getməli olmuş, hazırda müxalifətdə olan VMH-nin ofisi qarşısında etiraz aksiyaları keçiriblər.

«Əlbəttə, cəmiyyət bu videolardan dəhşətə gəlir və şoka düşür. Mən onların reaksiyasını və aqressivliyini anlayıram», - Garibashvili hökumətin iclasında deyib.

Gələn il seçkiyə gedəcək baş nazir deyib ki, VMH siyasətdə qalmaq haqqını itirib.

«HÖKUMƏT İCTİMAİ FİKRİ YAYINDIRMAĞA ÇALIŞIR»

Müxalifət partiyası isə öz növbəsində Garibashvili-ni ictimai fikri artmaqda olan iqtisadi problemlərdən yayındırmaq üçün dörd il əvvələ aid videodan istifadədə günahlandırıb. Gürcüstan prezidenti baş nazirin ölkədə iğtişaş yarada biləcəyini deyib.

VMH-nin üzvü Nika Nizharadze deyib ki, onun fikrincə, cinsi təcavüz videosu ictimai sorğunun nəticələrinin üzə çıxmasından bir neçə saat sonra qəsdən sızdırılıb. Sorğunun nəticələri Garibashvili-nin hakimiyyətdə olan «Gürcüstan Arzusu» partiyasına dəstəyin birdən-birə 14%-ə endiyini göstərib.

«Hakimiyyət ölüm ayağındadır və ictimai fikri başqa məsələlərlə yayındırmağa çalışır», - Nizharadze söyləyib.

VİDEO ÜÇ İL ƏVVƏLİ XATIRLADIB…

Videonun yayımlanması gürcülərin yadına 2011-ci ildə ölkə həbsxanalarında işgəncə və başqa hüquq pozuntularını əks etdirən oxşar videonu salıb. Həmin videonun 2012-ci ildə o zamankı prezident Mikheil Saakashvili-nin BMH hökumətinin devrilməsinə köməyi dəymişdi.

O zaman Saakashvili həmin hüquq pozuntularını pisləmiş və əsas vəzifələri tutan bir neçə rəsmi şəxsi vəzifəsindən uzaqlaşdırmışdı. Lakin o, həm də 2013-cü ildə hakimiyyətdən getməli olmuşdu. Hüquq pozuntularına görə 11 nəfər, bəziləri ölkədə olmasa da, mühakimə edilib.

PREZİDENT XALQI SAKİTLƏŞDİRMƏK İSTƏYİR

Cümə axşamı Gürcüstan prezidenti Georgy Margvelashvili ictimaiyyəti sakitliyə çağırıb. Margvelashvili Garibashvili ilə eyni koalisiyadan olsa da, münasibətlərinin soyuq olduğu bildirilir.

Prezident televiziya ilə yayımlanmış bəyanatında deyib: «Təəssüf ki, hökumət başçısının bu gün verdiyi bəyanat vəziyyəti sakitləşdirməkdənsə, gərginliyi daha da artırıb».

Prezident hamını hər hansı radikal addım atmaqdan çəkinməyə və emosiyalarını cilovlamağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG