Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:25

-

Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə uyğun olaraq Aşura günü ilə bağlı Azərbaycanın 14 məscidində qanvermə aksiyası keçirilir.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, saat 10:00-aqədər Azərbaycan üzrə 1031 nəfər qan verib.

Onun sözlərinə görə, qan vermək üçün gələn insanların sayı çoxdur. Qanvermə aksiyasında iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunur, qanlarında hemoqlobinin səviyyəsi yoxlanılır: «Yaşı 60-dan yuxarı olan insanlar qanvermə aksiyasına cəlb olunmurlar. İndiyə qədər qan verənlər arasında özünü pis hiss edən olmayıb. İnsanlarda xroniki xəstəliklər, hipertoniya, ürək-damar xəstəlikləri varsa, yaxın vaxtlarda hər hansı əməliyyat keçiriblərsə, həkimlər ilkin mərhələdə bunu sorğu əsasında müəyyənləşdirirlər. Sonrakı mərhələdə isə qan vermək istəyən insanların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır».

Zöhrə Əlimirzəyeva bildirib ki, müraciət edənlərdən yalnız 5 nəfərdə xəstəlik aşkar edilib və onlar donor kimi qanvermə aksiyasına cəlb olunmayıblar.

Götürülmüş qan Mərkəzi Qan Bankına göndəriləcək və Mərkəzi Qan Bankında onlarda infeksiyaların olub-olmadığı yoxlanılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG