Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:43

Bu gün Aşuradır [Video]


-

Oktyabrın 24-də bütün şiə müsəlmanlar kimi, Azərbaycanda da Aşura günü qeyd edilir.

Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (680-cı il Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində bu matəm ayı sayılır.

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, Aşura günü, yəni Məhərrəm ayının 10-u bu il oktyabrın 24-nə düşüb.

Hər il olduğu kimi, bu il də QMİ-nin fətvasında bildirilir ki, Aşura günündə nizam-intizam gözlənilməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir.

Yeri gəlmişkən, Aşura günü ölkənin 14 məscidində qanvermə aksiyaları təşkil olunub.

Fətvada o da deyilir ki,Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumlarının müəyyən etdiyi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Bundan başqa, ibadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər.

Aşura günü ərəfəsində Gəncədə polislə dindarlar arasında qarşıdurma olub.

Məhərrəmlik mərasimləri Səfər ayının başa çatması ilə yekunlaşır. Səfər ayının sonuncu 10 günü də «məhərrəmlik» təqviminə aid edilir, müsəlmanlar həmin ayda toy-şənlik keçirmirlər.

Lənkəranda aşura gecəsi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG