Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:02

- Bu gün Rusiya Dövlət Duması dini kitabların mətnlərində ekstremist məzmun axtarmağı qadağan edən qanun qəbul edib. Qanunda İncil, Quran, Tanah, Qancur və başqa kitabların adları çəkilir.

Bu qanunun maraqlı tarixçəsi var.

Avqust ayında Rusiyanın Cənubi Saxalin məhkəməsi prokurorun iddiası üzrə “Allaha dua: onun İslamda yeri və mənası” adlı bir kitabı ekstremist adlandıran qərar çıxarıb. Qərarda kitabda yer almış Qurandan sitatlar da ekstremist adlandırılıb.

Bundan xəbər tutan Çeçenistan Respublikası rəhbəri Ramzan Kadırov hakimi və prokuroru şeytan və təxribatçı adlandırıb, məhkəmənin qərarından şikayət edib.

Bundan sonra Cənubi Saxalin prokurorluğu hakimin qərarından appelyasiya şikayəti verib, onu “qeyri-düzgün qərar” adlandırıb.

Prokuror deyib ki, düzdür, biz o kitabı məhkəməyə vermişdik, amma bizim istədiyimiz o idi ki, məhkəmə yalnız bu kitabın müəllifinin fikirlərini ekstremist kimi tanısın, kitabda Qurandan gətirilən ayələri yox.

Sonra prezident Vladimir Putinin qərarıyla bir qanun layihəsi hazırlamağa başlayıblar. Müqəddəs mətnlərdə ekstremizm axtarmağı qadağan edən qanun layihəsi.

Keçən həftə V.Putin müqəddəs mətnlərdə ekstremizm axtarmağı qadağan edən qanun layihəsini Dövlət Dumasına göndərib.

Qanun layihəsinin parlamentdəki müdafiəçiləri V.Putinin təklif etdiyi bu qanuna xarici ölkələrdə alternativ olub-olmadığı haqda suala bunu bilmədiklərni deyiblər və əlavə ediblər: “Ola bilər yoxdur, nə olsun, Rusiya unikal ölkədir."

Günün bütün mövzuları

XS
SM
MD
LG