Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

Vyanada Suriya böhranı müzakirə olunub


Feridun Sinirlioglu, John Kerry,Adel al-Jubeir və Sergei Lavrov

Feridun Sinirlioglu, John Kerry,Adel al-Jubeir və Sergei Lavrov

ABŞ, Rusiya,Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Vyanada Suriya böhranını müzakirə ediblər.

Görüş təxminən 2 saat çəkib.

Bundan əvvəl ABŞ Dövlət katibi Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov da ayrıca bu məsələni müzakirə ediblər.

Həmçinin Vyanada Suriya böhranı ilə bağlı ayrıca ikitərəfli və çoxtərəfli görüşlər olub.

Bu görüşlərdən 3 gün öncə Suriya prezidenti Bashar Assad Moskvaya qəfil səfər edib. Vaşinqton Assadın Rusiyada təmtəraqla qarşılanmasını pisləyib.

Rusiya Suriyaya sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başlayıb.

Moskva hədəfin İslam Dövləti qrupu olduğunu, Qərb isə əsasən Bashar Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyirlər.

Rusiya bu münaqişədə Bashar Assadın, Qərb isə üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG