Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

“Avropa Birliynin Ukrayna ilə azad ticarət razılaşması imzalaması Rusiyaya qarşı yönəlməyib”.

Bunu oktyabrın 23-də Berlində Almaniya-Ukrayna iqtisadi konfransında Almaniya kansleri Angela Merkel deyib,

O həmçinin ölkəsinin istər Ukrayna, istərsə də Rusiya ilə yaxşı iqtisadi əlaqələrin tırəfdarı olduğunu vurğulayıb: “Biz Ukraynanın Avropa Birliyi və Almaniya ilə yaxşı iqtisadi əlaqələr qurmasını istəyirik, amma eyni zamanda Rusiya ilə də”.

Qeyd edək ki, Avropa Birliyi ilə Ukrayna ötən il asosasiya sazişi imzalayıblar.

Söhbət Ukraynanın Avropa birliyinə daha yaxından inteqrasiya eləməsi, əlaqələrin dərinləşdirilməsindən gedir.

Moskva buna qarşı çıxır.

Merkel həmçinin Ukraynanı iqtisadi islahatlar və korrupsiya ilə mübarizəni davam etdirməyə çağırıb.

Merkel Almaniyanın buna sərmayə qoymağa hazır olduğunu bildirib.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə son aylar Ukrayna iqtisadiyyatında müsbət işartılar olduğunu bildirib , amma islahatları reallaşdırmaq üçün üçün ölkənin Almaniyanın yardımına ehtiyacı olduğunu vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG