Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:58

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 23-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Syril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident.az saytının məlumatına görə, İlham Əliyev Azərbaycanda həyata keçirilən enerji siyasəti nəticəsində əldə edilən gəlirlərin infrastruktur yaradıldılması, biznes imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin açılması, yerli istehsalın artırılması və digər istiqamətlərdə mühüm işlərə sərf edildiyini bildirib.

Prezident həmçinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün islahatlar aparılması və sahibkarlığın stimullaşdırılmasının vacibliyini qeyd edib.

İqtisadiyyatın neftdən asılılığının azaldılmasının vacibliyini bildirən İlham Əliyev hazırda ümumi daxili məhsulun 70 faizinin qeyri-neft sektorunun payına düşdüyünü bildirib.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG