Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

Fələstindəki fraksiyalar oktyabrın 23-ü “Qəzəb günü”ndə İordan çayının qərb sahili və Şərqi Yerusəlimdə İsrailə qarşı kütləvi nümayişlərə çağırıblar.

Bu elandan bir neçə saat sonra fələstinli İordan çayının qərb sahilində İsrail əsgərini bıçaqla yaralayıb.

Digər israil əsgəri atəş açaraq onu yaralayıb.

İsrail hərbçilərinin sözlərinə görə, son toqquşmalarda 60-a yaxın adam ölüb.

Onların azı 50-si fələstinli , 10-u isə israillidir.

ABŞ Dövlət katibi John Kerry oktyabrın 22-də İsrailin baş naziri Benjamin Netanyahu ilə 4 saat danışıq aparıb.

Kerry gərginliyi azaltmağa çağırıb və bunun mümkün olduğunu bildirib.

Son gərginliyə səbəb İsrailin fələstinlilərin Əl-Aksa məscidinə girişini məhdudlaşdırmaq istəməsi ilə bağlı məlumatlar olub.

Amma İsrail bunu rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG